Menu

ABŞ-a qarşı cavab tədbirləri hazırlanıb - Rusiya XİN

28.06.2017, 21:38
ABŞ-a qarşı cavab tədbirləri hazırlanıb - Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın ABŞ-ın Rusiya diplomatlarına 2016-cı ilin dekabrında tətbiq etdiyi sanksiyalara cavab tədbirləri hazırladığını bildirib.

"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, o, bununla bağlı "Rossiya 1" telekanalına müsahibəsində qeyd edib.

"Cavab tədbirləri hazırdır" – deyə o vurğulayıb.

Bununla yanaşı, Zaxarova əlavə edib ki, bu məsələ yalnız Xarici İşlər Nazirliyi tərəfindən həll ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol