Menu

Bakıda uğurlu əməliyyat - Dünyada ikincisidir + VİDEO

29.06.2017, 21:30

cerrahi-emeliyatDünyada cəmi bir dəfə həyata keçirilən əməliyyatın ikincisi bu gün Bakıda baş tutub.

"AzPolitika"nın Xəzər TV-yə istinadla məlumatına görə, söhbət anadangəlmə qulağı olmayan bir qız uşağına yeni bir qulağın qoyulmasından gedir.

14 yaşlı qızın anasının qabırğasından qığırdaqlar alınıb və qızın qulağının bərpa edilməsi üçün istifadə edilib.

Əməliyyat Bakıdakı özəl klinikaların birində həyata keçirilib.

Qeyd olunur ki, uşaqlarda bu qüsur əsasən ananın hamiləlik dövründə keçirdiyi infeksiyalardan və bir sıra başqa səbəblərdən yarana bilir.

Əməliyyat üç mərhələdən ibarət olmaqla təxminən 6-7 saat müddətində həyata keçirilib və uğurla başa çatıb.

Bu əməliyyatı keçirən xəstənin qulağının tam sağalma dövrü 3 həftə ilə 6 ay arasında olur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol