Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, Milli Məclisin deputatı Elton Məmməov özü haqqında kitab yazdırıb. "Yeni Müsavat"ın məlumatına görə, "Bir ömrün akkordları" adlı kitabın müəllifi Bakı Qızlar Universitetinin rektoru Ağarəhim Rəhimovdur. Kitabın ön sözündə qeyd olunub ki, bu kitabda Elton Məmmədovun keçdiyi ömür yolundan, elmi-ictimai və siyasi fəaliyyətindən, quruculuq işlərindən, el-obasına, xalqına və vətəninə məhəbbətindən bəhs edir.
Qeyd edək ki, Elton Məmədovun adı "Yeni Müsavat"ın əməkdaşı Fərahim İlqaroğluna qarşı sui-qəsddə hallanır. Deputatın oğlu Aynar Məmmədovun sifarişi ilə döyülən jurnalistin sağlıq durumu heç də yaxşı deyil. Ölkə mətbuatı aprelin 25-də baş verən bu məsələni daima gündəmdə saxlayır. Belə bir zamanda Elton Məmmədovun özünü təriflədən bir kitab yazdırmasını zədələnmiş və alt-üst olmuş imicini yenidən bərpa etməyə çalışması kimi qiymətləndirmək olar.



Şərhlər