Rayon hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, V. Quliyev ağacda quraşdırılmış yelləncəkdə yellənərkən kəndir boğazına dolanıb və uşaq boğularaq ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
* * *
Ucar rayonunda azyaşlının meyiti ağacdan asılı vəziyyətdə tapılıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Alpı kəndində baş verib.
Kənd sakini, 2007-ci il təvəllüdlü Vaqif Aqşin oğlu Quliyevin meyiti yaxınları tərəfindən həyətdəki xurma ağacından asılı vəziyyətdə aşkarlanıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Şərhlər