AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiyanın Zonsyu adasındakı Naqoya limanında Cənubi Amerikadan gəlmiş qırmızı-od qarışqaları aşkarlanıb. Onun zəhəri insan üçün öldürücü təhlükəlidir. Xəbəri «NHK» telekanalı yayıb.
Qeyd olunur ki, bu cücünü iyunun 23-də Çinin Quançjou limanından gətirilmiş konteynerin divarında və yük terminalının darvazasında aşkarlayıblar. Qarışqalar pestisidin köməyi ilə məhv edilib. Ölmüş cücüləri araşdırmaq üçün hakimiyyət strukturlarına göndəriblər. Bundan sonra təsdiqlənib ki, onlar məhz od qarışqalarıdır.
Bununla bağlı ölkə hakimiyyəti böyük limanların - Tokio, İokoqamı, Naqoi, Osaki, Kobe, Xakati və Naxi limanlarının rəhbərliyinə tapşırıb ki, təcili yoxlamalar aparsınlar.
«Situasiya təcili tədbirlər görməyi tələb edir. Biz, od qarışqalarının ətrafa nüfuz etməsinin qarşısını almalıyıq» - deyə, Yaponiyanın ətraf mühitin qorunması naziri Koiti Yamamoto bəyan edib.
Od qarışqaları son iki ayda artıq üçüncü dəfədir ki, Yaponiyada özünü göstərir. Onlar iki dəfə Kobe limanında konteynerdə aşkarlanıb - yenə də Çindən gəlmiş konteynerdə.
Qırmızı od qarışqası dünyada ən təhlükəli cücülərdən sayılır və ənənəvi olaraq, Cənubi Amerika ölkələrində yaşayır. Onun çox güclü zəhəri olur.


Şərhlər