Xəbər verdiyimiaz kimi, bu gün NATO Parlament Assambleyasının "Cənubi Qafqaz: Çağırışlar və İmkanlar” adlı 86-cı "Rose-Roth” adlı seminarında Milli Məclisinin vitse-spikeri Ziyafəıt Əsgərov və seminarda iştirak edən erməni deputat Tevan Poqosyan arasında mübahisə düşüb.

Z.Əsgərov etməni deputatı Poqosyanın atasını hərbi cinayətlərdə ittiham edib. "Sənin atan Qarabağda azərbaycanlılara qarşı öz yurdlarında qanlı cinayət törədənlərdən biridir. Mənim əlimin altında bununla bağlı ciddi sübutlar da var və hazırda Respublika Hərbi Prokurorluğunda bununla bağlı istintaq gedir. Tezliklə o qatil atan İnterpolun xətti ilə tapılıb gətirilərək cəzasını alacaq. Sən tezliklə bunu görəcəksən”, – deyə Milli Məclis sədrinin 1-ci müavini deyib.

Modern.az Tevan Poqosyanın hərbi cinayətlərdə ittiham olunan atası Jirayr Poqosyanın tərcümeyi-halını təqdim edib: Hazırda 72 yaşı olan Jirayr Poqosyan 1942-ci il yanvarın 15-də Azərbaycanın Xocavənd rayonunda anadan olub. 1959-cu ildə Xankəndində orta məktəbi bitirdikdən sonra İrəvan Texniki İnstitutunda təhsil alıb. 1965-ci ildə təhsilini baş çatdıraraq İrəvandakı sənaye müəssisələrindən birində mühəndis və baş mühəndis vəzifələrində çalışıb. Daha çox mikroelektronika və digər elmi-tədqiqat institutlarında çalışıb. 1990-1992-ci illər ərzində Ermənistan Xüsusi İşlər İdarəsinin baş mütəxəssisi olub.

Dağlıq Qarabağ münaqişəsi alovlanan zaman Poqosyan aktiv şəkildə erməni separatçılarını dəstəkləyib. Təsadüfi deyil ki, 1992-ci ildə o, "Dağlıq Qarabağ Nazirlər Şurası”nın sədr müavini təyin olunub. 1998-1999-cu illərdə isə J. Poqosyan "Dağlıq Qarabağ Respublikası”nın "baş naziri” olub. Erməni mətbuatının yazdığına görə, Jirayr Poqosyan 1999-cu ildə o zamanlar Qarabağ sepratçılarının lideri Arkadi Qukasyanın iş otağına dinləmə qurğusu yerləşdirdiyinə görə vəzifəsindən kənarlaşdırılıb.

Hazırda J. Poqosyan təqaüdçü kimi İrəvan şəhərində yaşayır. Onun oğlu Bakıda "NATO” təlimində işrtirak edən və Ermənistanın "İRS” Partiyasından parlament deputatı olan Tevan Poqosyandır.