Ölən jurnalistlərdən birinin aqibəti məlum deyil
Rusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin müxbiri İqor Kornelyuk və səs rejissoru Anton Voloşin Luqanskda gedən döyüşlər zamanı öldürülüb.
ANS PRESS-in məluatına görə, bu barədə Luqansk Vilayət Xəstəxanasının baş həkimi Fyodr Solyanik açıqlama verib.
Onun sözlərinə görə, İqor Kornelyuk reanimasiya şöbəsində dünyasını dəyişib. İqor Kornelyukun Metallist qəsəbəsində minaatan mərminin partlaması nəticəsində yaralandığı bildirilir. Xəstəxanaya yerləşdirildikdən sonra isə ölüb.
Anton Voloşinin aqibəti isə məlum deyil. Ehtimal olunur ki, onun cəsədi elə hadisə yerində qalıb.
Qeyd edək ki, separatçılar bəyan etmişdi ki, jurnalistlərin olduğu ərazidə güclü partlayış səsləri eşidilib.


Şərhlər