Menu

ABŞ-da atışma nəticəsində azı 17 nəfər yaralanıb

01.07.2017, 20:19
ABŞ-da atışma nəticəsində azı 17 nəfər yaralanıb

ABŞ-ın Arkanzas ştatında gecə klubunda baş vermiş atışma nəticəsində azı 17 nəfər yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yaralılardan birinin vəziyyətinin kritik olduğu bildirilir. İnsident nəticəsində yaralananlardan ən kiçiyinin 16 yaşı var.

Yerli KİV-lərin məlumatına görə, atışma Litl Rok şəhərindəki “Power Lounge” klubunda baş verib.

Hadisənin mübahisə zəminində baş verdiyi və terrorla heç əlaqəsinin olmadığı qeyd olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol