Menu

23 yaşlı Mingəçevir sakini özünə ağır xəsarət yetirib

01.07.2017, 23:47

xesteMingəçevirdə gənc özünə ağır xəsarət yetirib. “Report”un məlumatına görə, hadisə Mingəçevir çimərliyində qeydə alınıb.

Belə ki, şəhərin Heydər Əliyev prospekti 70, mənzil 38-də yaşayan 1994-cü il təvəllüdlü Səbuhi Elmdar oğlu Səfərli dənizdə istirahət edərkən naməlum şəxslə mübahisə edib. Mübahisə zamanı əsəbiləşən gənc şüşə qabı qıraraq onun qırıntıları ilə boynuna, sol qoluna və qarnına xəsarətlər yetirib.

O, ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb və yaralıya əməliyyat yoluyla tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol