Menu

"İŞİD-in hədəfi Azərbaycanın işğalıdır"-Rus mətbuatı

17.06.2014, 21:38
"İŞİD-in hədəfi Azərbaycanın işğalıdır"-Rus mətbuatı

İŞİD Türkiyə, Azərbaycan və Kipr torpaqlarına daxil olmaq niyyətindədir. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın "Pravda" qəzeti məlumat yayıb.

"Pravda" qəzeti ictimai kanalların İŞİD təşkilatının Türkiyə, Kipr və Azərbaycan torpaqlarına girmək niyyətində olduğunu göstərən bəzi görüntülər yayımladıqlarını bildirib.

Qəzet Fars xəbər agentliyinə istinadən məlumatında İŞİD-in xəyalındakı dövləti işğal etdiyi torpaqlarda qurmaq istədiyini qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol