Menu

Portuqaliya Konfederasiyalar Kubokunda "bürünc" qazandı

02.07.2017, 19:04
Portuqaliya Konfederasiyalar Kubokunda "bürünc" qazandı

Bu gün Konfederasiyalar Kubokuna yekun vurulacaq. Əvəlcə bürünc medalın taleyi həll olunub. Portuqaliya Meksika ilə üz-üzə gəlib. Yarımfinalda Çiliyə oyunsonrası penalti seriyasında uduzan pirineylilər bu dəfə şansı əldən verməyiblər. Olduqca gərgin və mübarizə şəraitində keçən matçı Portuqaliya 2:1 hesabı ilə qazanıb.

Oyunun ilk dəqiqələrində penalti şansı əldə edən Avropa çempionları bu şansdan yararlana bilməyiblər. Hesabı isə Meksika açıb. 90 dəqiqəyə əlavə olunmuş 3-cü dəqiqədə bəraəbrlik qolunu vuran Pepe komandasını məğlubiyyətdən xilas etməklə matçı əlavə vaxta aparıb.

Əlavə olunmuş vaxtın ilk hissənin sonunda qarşılaşmanın əvvəlində penaltidən istifadə edə bilməyən Silvanın adaşı növbəti belə şansı əldən buraxmayıb. Bu isə komandaya Konfederasiyalar Kubokunun bürünc medalını qazandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol