Menu

PKK-çılar bələdiyyə sədrinin müavinini öldürdülər

02.07.2017, 21:14
PKK-çılar bələdiyyə sədrinin müavinini öldürdülər

PKK terrorçuları Türkiyədə bələdiyyə sədrinin müavinini qətlə yetiriblər. “Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, hadisə Van vilayətində qeydə alınıb. Belə ki, Özalp rayonunun bələdiyyə sədrinin müavini, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü Aydın Ahi gecə yaşadığı evdən oğurlanıb.

Daha sonra onun öldürüldüyü məlum olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol