Menu

Əvəz Zeynallının səhhətində problemlər yaranıb

17.06.2014, 21:43
Əvəz Zeynallının səhhətində problemlər yaranıb

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının səhhəti pisləşib. Bu haqda məlumatı musavat.com-a baş redaktorun həyat yoldaşı Məlahət Zeynallı verib.

O, Əvəz Zeynallının səhhətinin heç də yaxşı olmadığını, müalicəyə başladıqlarını deyib: “Əvəz bəy özünün yaxşı hiss etmirdi. Kardioloqa göstərdik. İndi müalicəyə başlamışıq. İnşallah hər şey yaxşı olar”.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 2011-ci ilin oktyabr ayında Milli Məclisin sabiq deputatı, hazırda özü haqqında AR CM-nin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi qaldırılan Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Zeynallının 1 il müddətinə peşə fəaliyyəti ilə məşğul olmaq hüququ məhdudlaşdırılıb və o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Ali instansiya məhkəməsi baş redaktorun aşağı instansiya məhkəmələrindən olan şikayətini təmin etməyi

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol