Menu

Azərbaycan biznes mühitinə görə 82 ölkə arasında 73-cü yerdədir

18.06.2014, 00:04
Azərbaycan biznes mühitinə görə 82 ölkə arasında 73-cü yerdədir

Dünyada iş görməyə ən yaxçı ölkə hansıdır?. Economist İntelligence Unit təşkilatı 82 ölkə üzrə “Biznes Mühiti Reytinqi” adlı yeni hesabatını hazırlayıb.

Hesabata görə, dünyada iş görməyə ən əlverişli ölkə Sinqapurdur.

Azərbaycan isə 82 ölkə arasında 73-cü yeri tutub.

İş görməyə yaradılan şəraitə görə Sinqapur 8,56 bal alıbsa, Azərbaycan 4,66 balla qiymətləndirilib.

Başqa sözlə, Azərbaycanda biznesə şərait dünya lideri olan Sinqapurdakından təxminən 2 dəfə pisdir.

Hesabatda aldığı qiymətə görə, Azərbaycanda biznesə yaradılan şərait Pakistan, Nigeriya və ya Əlcəzairdəki kimidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol