Menu

Mirqədirovun apellyasiya şikayəti təmin olunmadı- VİDEO

17.06.2014, 23:17
Mirqədirovun apellyasiya şikayəti təmin olunmadı- VİDEO

İyunun 17-də Bakı Apellyasiya Məhkəməsi həbsdə olan jurnalist Rauf Mirqədirovun şikayətini təmin etməyib.

Məhkəmə R.Mirqədirovun hüquqlarının müdafiəsi məqsədilə türkiyəli vəkillərə etibarnamənin verilməsi üçün jurnalistin yanına notariusun buraxılması ilə bağlı Nəsimi rayon Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.

Vəkil Elmar Süleymanovun bildirdiyinə görə, qapalı keçən məhkəmə onların digər vəsatətlərini də təmin etməyib:«Məhkəmə kollegiyasının tərkibi ilə bağlı vəsatət verdik. Ona görə ki, bu məhkəmə kollegiyası Rauf Mirqədirovun qanunsuz olaraq həbs olunması şikayətinə baxıb. Bu işə baxılarkən bir sıra qanun pozuntuları olmuşdu. Biz hesab etmişdik ki, bu kollegiyanın qəbul elədiyi qərar ədalətsizdir. İkinci etirazımız prokurordan idi. Vəsatətlərinizin heç biri qəbul olunmadı».

Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya olunub. Bundan sonra həbs edilib. O, Ermənistanın xeyrinə casusluqda ittiham olunur. Jurnalist ittihamı qəbul etmir.(azadlıq.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol