Menu

4 gün əvvəl kanalda batmış uşağın meyiti tapıldı

04.07.2017, 09:36
4 gün əvvəl kanalda batmış uşağın meyiti tapıldı

Bu il iyunun 30-da Qubada kanalda batmış uşağın meyiti bu gün tapılıb.

Samur-Abşeron kanalının, Quba rayonu, Paşaoba kəndindən keçən hissəsində batmış 2004-cü il təvəllüdlü Həmid Fizuli oğlu Əhmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:25-də başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol