«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı sərt tədbirlər görməyə çağırır.
Prezident Donald Tramp Şimali Koreyanın yeni ballistik raket sınağına kəskin reaksiya verib. O, ümid edir ki, bölgə ölkələri daha Şimali Koreya liderlərinin belə davranışı ilə barışmayacaqlar.
Raket ötən gecə atılıb. O, Yaponiya istiqamətində 900 kilometrdən artıq məsafə qət edib və dənizə düşüb.
«Bu, gerçək provokasiya idi» - deyə, Yaponiyanın Baş naziri Sindzo Abe bəyan edib.
Cənubi Koreya da Pxenyanın bu hərəkətinə xeyli ikəskin reaksiya verib, Rusiya isə hələlik susur.


Şərhlər