Menu

Bakıda binada yanğın olub, sakinlər təxliyyə edilib

04.07.2017, 23:26
Bakıda binada yanğın olub, sakinlər təxliyyə edilib

Axşam saatlarında Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə binanın 18-ci mərtəbəsində vətəndaşa məxsus ikiotaqlı mənzildə qeydə alınıb.

Yanğın zamanı mənzillərdən 8 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol