«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In bildirib ki, uğurla sınaqdan keçirilmiş qitələrarası ballistik raket nəhəng nüvə başlığı daşımaq qabiliyyətindədir.
O, sınaqları uğurlu adlandırıb və əlavə edib ki, artıq bundan sonra ölkəsi atom və hidrogen bombası, o cümlədən, qitələrarası ballistik raket də daxil olmaqla, strateji silahların bütün spektrinə malikdir. Bu xəbəri Şimali Koreyanın Mərkəzi teleqraf agentliyi yayıb.
Kim Çen In qeyd edib ki, KXDR nüvə silahı işlənməsi üzrə proqramın dayandırılması üzrə ABŞ-la danışıqlara, Vaşinqton bu ölkəyə yönəlik düşmənçilik siyasətindən əl çəkməyənə qədər, getməyəcək.

Şərhlər