Menu

Poroşenko Putinə zəng edib

18.06.2014, 11:28
Poroşenko Putinə zəng edib

Ukrayna prezidenti: "Jurnalistlərin ölüm səbəbinin araşdırılmasını müvafiq orqanlara tapşırmışam"

Rusiya prezidenti Vladimir Putin ilə ukraynalı həmkarı Pyotr Poroşenko arasında telefon danışığı olub. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Onun sözlərinə görə, Putin Luqanskda jurnalistlərin faciəli ölümündən narahat olduğunu və bölgədə kütləvi informasiya vasitələri nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini bildirib.

Poroşenko isə Luqanskda rusiyalı jurnalislətin ölümü ilə bağlı Putinə baş sağlığı verib. Ukrayna prezidenti bildirib ki, jurnalistlərin ölüm səbəbinin araşdırılmasını müvafiq orqanlara tapşırıq verib.

Prezidentlər həmçinin Ukraynanın cənub-şərq vilayətlərində atəşkəs rejiminin elan edilməsi ilə bağlı məsələləri də müzakirə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol