Menu

Ukraynadakı antiterror əməliyyatlarında 80 separatçı öldürüldü

18.06.2014, 11:46
Ukraynadakı antiterror əməliyyatlarında 80 separatçı öldürüldü

Ukrayna hüquq-mühafizə orqanları dünən gün ərzində ölkənin şərqində apardıqları antiterror əməliyyatları nəticəsində çoxlu sayda terrorçunun zərərsizləşdirdiyini bəyan edib.

Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, dünən baş tutan döyüşlərdə 80-dən çox separatçı öldürülüb.

Separatçılar əsasən Ukraynanın Donetsk, Luqansk, Kramatorsk vilayətlərində Ukraynanın ordu birləşmələrinə qarşı müqavimət göstəriblər. Ukrayna tərəfi də qarşıdurmalar nəticəsində itki verdiyi bildirilsə də, ölən və yaralananların dəqiq sayı hələ ki, bəlli deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol