Menu

«Smolensk» atom sualtı qayığından təlim atışları həyata keçirilib - Qanadlı raketlərlə

05.07.2017, 16:11
«Smolensk» atom sualtı qayığından təlim atışları həyata keçirilib - Qanadlı raketlərlə

AzPollitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Barents dənizində «Smolensk» atom sualtı qayığından qanadlı raketlərlə təlim atışları həyata keçirilib.

Şimal dolanmasının mətbuat xidmətindən xəbər verilir ki, atom raket kreyserindən sualtı vəziyyətdə 400 kilometr məsafədə yerləşən hədəfə atəş açılıb. Atəşdə «Qranit» qanadlı raketlərindən istifadə olunub. Operativ nəzarət məlumatına görə, hədəf uğurla məhv edilib.

Atəş təlimləri planlı döyüş hazırlığı çərçivəsində həyata keçirilib.

«Smolensk» atom sualtı raket kreyseri 949A «Antey» layihsinin məhsuludur. Qayıq,1990-cı ildə Sverdlovskin «Sevmaş» gəmiqayırma zavodunda tikilib və Şimal donanmasının tərkibinə verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol