Menu

Koreya tənzimləməsi üzrə Rusiya-Çin birgə təşəbbüsü - BMT TŞ-a təqdim olunacaq

05.07.2017, 17:23
Koreya tənzimləməsi üzrə Rusiya-Çin birgə təşəbbüsü - BMT TŞ-a təqdim olunacaq

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya və Çin çərşənbə günü Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasına Koreya yarımadasında tənzimləmə üzrə birgə təşəbbüs təqdim edəcəklər. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib («TASS»).

«Təşəbbüs kompleksdir. İlk növbədə o, BMT TŞ-nın qətnamələrinin tələblərinin tam halında yerinə yetirilməsinin vacibliyini nəzərdə tutur, ancaq qeyd edir ki, həmin qətnamələrdə söhbət təkcə Şimali Koreyanın nüvə-raket sınaqlarının dayandırılması tələbindən getmir. Onlarda həm də dinc danışıqların bərpa olunmasının və Koreya yarımadasında mövcud vəziyyətin istisnasız olaraq, siyasi-diplomatik yollarla həllinin vacibliyi təkrarlanır» - deyə, Lavrov qeyd edib.

Onun sözlərinə görə, «güc yolu ilə həllin istənilən vasitə ilə əsaslandırılması və bu zaman BMT TŞ-nın qətnamələrinin bəhanə kimi istifadə olunması qəbuledilməzdir ki, bu da Rusiyanın və Çinin qonşuluğundakı həmin bölgədə proqnoza gəlməz nəticələr verə bilər».

«Şimali Koreyanın iqtisadi cəhətdən «boğulması» da həmçinin, qəbuledilməzdir» - deyə, Lavrov diqqətə çatdırıb.

«Bu mövqedən çıxış edirik ki, BMT TŞ-n qarşıya qoyduğu və bütün iştirakçıların razılaşdığı, Koreya yarımadasının denuklearizasiyasını nəzərdə tutan qətnamələr heç vəchlə Şimali Koreyada mövcud rejimin dəyişdirilməsi istiqamətində «çətir» qismində istifadə oluna bilməz və olunmamalıdır - bu, Moskva və Pekinin ümumi mövqeyidir» - deyə, nazir bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol