Menu

NASA Türkiyədəki meşə yanğınlarının fəzadan çəkilmiş şəklini yayıb

06.07.2017, 00:01
NASA Türkiyədəki meşə yanğınlarının fəzadan çəkilmiş şəklini yayıb

NASA Türkiyədəki meşə yanğınlarının peyk vasitəsi ilə fəzadan çəkilmiş şəklini yayıb.

"Report" xəbər verir ki, foto NASA-nın rəsmi saytının meşə yanğınlarına aid bölməsinə yerləşdirilib.

Texnika tüstü buludunu Aralıq dənizinin Türkiyə sahillərində, meşə yanğınlarının baş verdiyi Mersin əyalətində qeydə alıb. Yanğın iyulun 1-də başlayıb. O, güclü külək səbəbindən sürətlə yayılıb. İki gün sonra yanğınsöndürənlər alovun qarşısını ala biliblər.

İlkin məlumata görə, alov 200 hektar sahəni əhatə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol