Menu

Poroşenkonun administrasiyası dövlət mükafatları satır?

06.07.2017, 11:45

petro_poroshenko_120215_2«AzPolitika.info»-nun Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, Ukrayna Prezidenti Pyotr Poroşenkonun administrasiyası dövlət mükafatları «ticarət»i ilə məşğul olmaqda ittiham edilir.

Ukrayna KİV-nin yazdığına görə, ölkədə hər şey satılır və alınır. Müəyyən məbləğ qarşılığında hətta «Ukrayna qəhrəmanı» fəxri ordenini də almaq olar.

Xəbər verilir ki, Ukrayna KİV-i Prezident Pyotr Poroşenkonun administrasiyası tərəfindən təşkil olunmuş və dövlət mükafatlarının ticarəti ilə məşğul olan qeyri-qanuni sxemi aşkarlayıblar. Araşdırmanı «Strana.ua» internet qəzeti aparıb.

Anonim mənbəyə istinadla, nəşr xəbər verir ki, dövlət mükafatları komissiyası və digər hakimiyyət orqanları orden almaq üçün yaradılmış namizədlər siyahısındakı yerləri satır.

Nəşrin məlumatına görə, qiymət hədləri yüksəkdir - qiymətlər təltif olunucaq mükafatın əhəmiyyətindən və iddiaçının şəxsiyyətindən asılı olur. Məsələn, «Fəxri hüquqşünas» mükafatı təxminən, 7 min dollara, «Xidmətlərinə görə» mükafatı 10 min dollara, «İlin adamı» mükafatı 20 min dollara, «Fəxri Kiyevli» mükafatı 50 min dollara başa gəlir.

««Ukrayna qəhrəmanı» fəxri adına qədər, ölkədə hər şey satılır və alınır» - deyə, nəşr yazır.

Xəbər verilir ki, bu fəxri orden üçün hətta 1 milyon dollar ödəməyə hazır olan oliqarxlar da var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol