Menu

ABŞ ordusu Yaponiya və Cənubi Koreyanı müdafiə edəcək - Pentaqon

06.07.2017, 11:55

pentaqon-main«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pentaqonda bəyan edirlər ki, Amerika Birləşmiş Ştatları (ABŞ) özünü və müttəfiqlərini Şimali Koreyadan qaynaqlanan hərbi təhdidlərdən qoruyacaq.

«Röyter» agentliyinin məlumatına görə, Pentaqon özünün bölgədəki hərbi obyektlərini qorumaq və müttəfiqlərinə (Yaponiya və Cənubi Koreya) hərtərəfli köməklik göstərmək niyyətindədir. Bu barədə Pentaqonun rəsmi nümayəndəsi Dana Uayt söhbət açıb.

«Biz, əvvəlki kimi, özümüzü və mütəfiqlərimizi qorumağa hazırıq. Biz, Şimali Koreyadan qaynaqlanan təhdidlərə qarşı imkanlarımızın tam spektrindən istifadə etməyə hazırıq» - deyə, Uayt bəyan edib.

Bundan əvvəl ABŞ hərbi-dəniz qüvvələri (HDQ) Cənubi Koreya sahillərinə iki aviadaşıyıcı zərbə qrupu göndərib. Ehtiyac yaranacağı təqdirdə, qruplar ilk olaraq, Şimali Koreyaya zərbə endirməlidirldər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol