Menu

Moldova, Gürcüstan və Ukrayna AB-yə qəbul olunmağı xahiş edirlər

06.07.2017, 12:04

avropa komissiyasi«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Moldova, Gürcüstan və Ukrayna Avropa Birliyinə üzv qəbul olunmağı Brüsseldən xahiş edirlər. Üç ölkənin parlament başçıları «Şərq tərəfdaşlığı» sammiti ərəfəsində Brüsselə göndərmək üçün birgə bəyannamə imzalayıblar.

Bu barədə, çərşənbə günü brifinqdə Moldova qanunverici orqanının sədri Andrian Kandu məlumat verib.

«Üç parlamentin başçıları birgə bəyanat imzalayıblar. Sənəddə Avropa parlamentindən bu dövlətlərin Avropa İttifaqına (Aİ) üzvlük perspektivini səsləndirən qətnamənin qəbul edilməsi xahiş olunur» - deyə, Kandu bildirib.

O, qeyd edib ki, bəyanat cari ilin payızına planlaşdırılan «Şərq tərəfdaşlığı» sammiti ərəfəsində Brüsselə göndəriləcək.

«Yaranmış geosiyasi situasiyada bu, Aİ ilə assosiasiya sazişi imzalamış üç ölkədə islahatların davam etdirilməsi üçün yaxşı stimul olacaq» - deyə, spiker qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol