Menu

VASİF TALIBOV İDARƏ RƏİSİNİ İŞDƏN UZAQLAŞDIRIB - MR diplomatiyası başsız qalıb

06.07.2017, 13:51
VASİF TALIBOV İDARƏ RƏİSİNİ İŞDƏN UZAQLAŞDIRIB  - MR diplomatiyası başsız qalıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Əsgər İsmayılov vəzifəsindən uzaqlaşdırılıb.

Bu barədə "AzPolitika.info"ya Naxçıvandakı mənbələrdən məlumat daxil olub. Lakin hələ ki, bu barədə Naxçıvan MR Ali Məclisi sədrinin sərəncamı elan olunmayıb.

Ə.İsmayılov sözügedən vəzifəni 2011-ci ildən tutub. Buna qədər o bizneslə məşğul olub və qısa müddətdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Xarici Əlaqələr şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol