Menu

“Neftçi” futbol klubunda struktur dəyişikliyi edilib

06.07.2017, 21:54

logo_neftci_271015"Neftçi Peşəkar Futbol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətində struktur dəyişikliyi edilib.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, təsisçinin qərarı ilə "icraçı direktor” vəzifəsi ləğv edilib, "prezident” və "vitse-prezident” vəzifələri təsis edilib.

"Neftçi Peşəkar Futbol Klubu” MMC-nin fəaliyyətinə rəhbərlik cəmiyyətin təkbaşına icra orqanı olan prezident tərəfindən həyata keçiriləcək. Orxan Hüseynzadə müvafiq qərarla prezident, Elnur Eyvazov isə vitse-prezident vəzifəsinə təyin olunub.

Müşahidə Şurası əvvəlki tərkibdə "Neftçi Peşəkar Futbol Klubu” MMC-nin idarə olunmasına nəzarəti həyata keçirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol