Menu

Sağlam Yaşa Gənclərin Maarifləndirilməsi İB Alxanlı faciəsi ilə bağlı bəyanat yaydı

07.07.2017, 13:01
Sağlam Yaşa Gənclərin Maarifləndirilməsi İB Alxanlı faciəsi ilə bağlı bəyanat yaydı

Sağlam Yaşa Gənclərin Maarifləndirilməsi  İctimai Birliyi Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması və mülki şəxslərin öldürülməsi ilə bağlı bəyanat yayıb.

Ermənistan silahlı birləşmələri 29 ildir ki, Azərbaycan Respublikasının ərazisinin 20 faizini işğalda saxlamaqda davam edir. Atəşkəs rejiminin davamlı pozumlası və qarşı tərəfdən törədilən təxribatların dayandırılmaması nəticəsində mülki şəxslərin həyat təhlükədə olaraq yaşanmaqdadır. 4 iyul 2017 - ci il tarixdə Erməni silahlı birləşmələrinin növbəti terroru nəticəsində Füzuli rayonunun Alxanlı kəndində dağıntılar baş vermiş, kənd sakinləri 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və 50 yaşlı Quliyeva Sahibə İdris qızı qətlə yetirilmiş, Quliyeva Sərvinaz İltifat qızı ağır yaralanaraq xəstəxanaya yerləşdirilmişdir. Ermənistan rejimi beynəlxalq konvensiyaları, hüquq və normalarını kobud şəkildə pozmaqda davam edərək uşaqları, qadınları və qocaları qətlə yetirməkdən çəkinmir. Beynəlxalq ictimaiyyətin İrəvana qarşı loyal münasibəti məhz dinc Azərbaycan sakinlərinin həyati təhlükəsini artırır.

Biz, münaqişənin sülh yolu ilə həllinə çalışan beynəlxalq təşkilatları, bütün beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişə zonası ətrafında dinc sakinləri qətlə yetirən işğalçı Ermənistan ordusunun terroruna təcili şəkildə cavab verilməsini və qətiyyətli tədbirlər görməyinə çağırırıq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol