Menu

Çinin «Layonin» aviadaşıyıcısı ilk dəfə Honkonq sularına daxid olub

07.07.2017, 17:44
Çinin «Layonin» aviadaşıyıcısı ilk dəfə Honkonq sularına daxid olub

AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «Lyaonin» avaidaşıyıcısı Çinin materik hissəsindən kənara ilk səfərə çıxıb.  Avaidaşıyıcı Britaniya tərəfindən Honkonqun Çin Xalq Respuboikasına (ÇXR) verilməsinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədilə Honkonqa gəlib. Avidaşıyıcını daha 3 hərbi gəmi müşayiət edir.

Son illər siyasi vəziyyətin ciddi şəkildə gərginləşdiyi Honkonqun özündə aviadaşıyıcının gəlməsini Pekinin güc nümayiş etdirməsi kimi dəyərləndirirlər.

Bu günlərdə ÇXR Prezidenti Si Tsizinpin Honkonqda olub və növbəti dəfə bəyan edib ki, Honkonqua hansısa xüsusi statusun verilməsi istiqamətindəki hərəkətlər qəbuledilməzdir.

Çin xalq-azadlıq ordusu, şəhər ÇXR yurisdiksiyası altına verilən andan - 1997-ci ildən Honkonqda yerləşib, ancaq onun şəhərdə iştirakı hiss olunmayıb. Çin hərbçiləri çox az hallarda küçəyə hərbi formada çıxıblar.

«Bi-bi-ci»-nin verdiyi xəbərə görə, «Lyaonin» aviadaşıyıcısının keçmiş Britaniya müstəmləkəsi olan Honkoqda görünməsini buradakı etirazlardan qayğılanan mərkəzi hakimiyyətin fövqəladə addımı sayıla bilər.

300 metrlik aviadaşıyıcı yerli sakinlərdə böyük maraq doğurub. Onlar 5 gün müddətində aviadaşıyıcıya ekskursiya edə bilərlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol