Menu

Ermənilər işğal altındakı ərazilərdə yanğın törədiblər

07.07.2017, 19:28
Ermənilər işğal altındakı ərazilərdə yanğın törədiblər

Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında növbəti dəfə yanğın törədiblər.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, erməni əsgərlərinin Ağdamın Baş Qərvənd kəndi ərazisində törətdiyi yanğın qoşunların təmas xəttinə çatıb.

Küləyin təsiri nəticəsində alovun əhatə dairəsi getdikcə genişlənərək neytral ərazilərə yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol