Menu

ABŞ Polşanı RƏM sistemləri ilə təchiz edəcək

08.07.2017, 10:36
ABŞ Polşanı RƏM sistemləri ilə təchiz edəcək

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Polşa Milli Müdafiə Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müdafiə Nazirliyi Polşaya «Petriot» raket əleyhinə müdafiə sistemləri (RƏM) göndərmək barədə saziş imzalayıb.

Sənəd, ABŞ Prezidenti Donald Trampın Polşaya səfəri zamanı Varşavada imzalanıb. Raket kompleksləri Polşada 2022-ci ildə yerləşdiriləcək.

Bundan əvvəl Polşanın müdafiə nazirliyi xəbər vermişdi ki, ölkə «Petriot» RƏM sistemləri almaq barədə kontraktı cari ilin sonuna qədər imzalamaq niyyətindədir.

Bu sövdəyə təxminən, 30 milyard zlot (təqribən 7,5 milyard dollar) vəsait xərclənəcəyi nəzərdə tutulmuşdu. Bu vəsaitə atəşin idarə olunmasının ən yeni sistemləri ilə təchiz edilmiş səkkiz «Petriot»un alınması planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol