İran prezidenti Həsən Ruhani “İraq Şam İslam Dövləti” (İŞİD) təşkilatına qarşı İranda qeyri-rəsmi səfərbərliyin olduğunu etiraf edib.
AzNews.az-ın məlumatına görə, İran prezidenti İŞİD-in İraqda terror əməliyyatları ilə bağlı mövqeyini açıqlayıb.
H. Ruhani bildirib ki, İran İraqdakı müqəddəs yerlərin müdafiəsi məsələsində tərəddüd etməyəcək: “Müqəddəs yerləri terrorçulardan qoruyacağıq”.
H. Ruhani deyib ki, artıq çoxlu sayda iranlı İraqdakı müqəddəs ziyarətgahları qorumaq üçün mübarizəyə hazır olduqlarını bəyan ediblər.


Şərhlər