Menu

"Ərdoğanın mövqeyi sayəsində..." - Putin

08.07.2017, 13:32
"Ərdoğanın mövqeyi sayəsində..." - Putin

Hamburqda davam edən G20 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub.

Trend-in məlumatına görə, görüş zamanı ikitərəfli münasibətlərin bütün sahələri üzrə danışıqlar aparılıb.

V.Putin Türkiyə rəhbərliyinin terrora qarşı mübarizədə səylərini yüksək qiymətləndirib.

Rusiya prezidenti bildirib ki, R.T.Ərdoğanın mövqeyi sayəsində Suriyadakı vəziyyəti yaxşıya doğru dəyişmək mümkün olub: “Cənab prezident, mövqeyiniz sayəsində Suriyada vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılığa doğru dəyişdirmək mümkün olub. Terror qruplaşmalarına ciddi zərbə vurulub və münaqişənin nizama salınması istiqamətində ciddi irəliləyiş əldə edilib. Biz sizin və danışıqlar prosesində iştirak edən bütün partnyorların mövqeyini yüksək qiymətləndiririk”

Türkiyə prezidenti bildirib ki, Moskva və Ankaranın birgə səyləri region xalqları və bütün dünya ölkələri üçün dəqiq nümunədir. O, əminliyinin ifadə edib ki, G-20 sammitində Putinlə görüşü böyük əhəmiyyətə malikdir:“Şəxsən öz və xalqımın adından Suriya münaqişəsinin nizama salınmasında göstərdiyiniz səylərə görə sizə təşəkkür etmək istəyirəm”.

Putin Ərdoğana Rusiya-Türkiyə münasibətlərinin bütün kompleksini müzakirə etməyi təklif edib.

Danışıqlarda Rusiya tərəfdən Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov, prezidentin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Yuri Uşakov, Energetika Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin başçıları - Aleksandr Novak və Maksim Oreşkin iştirak edirlər. Türkiyə nümayəndə heyəti tərkibində isə baş nazirin müavini Mehmet Şimşək, Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu, Milli İstihbarat Təşkilatının başçısı Hakan Fidan yer alıb.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol