Menu

Polşa, Rusiya-Çin ittifaqını azad dünyaya təhlükə adlandırıb

08.07.2017, 19:55

00Cin-Rusiya01«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Polşanın müdafiə naziri Antoni Matsereviç Rusiyanı və Çini onda günahlandırıb ki, guya onların arasındakı ittifaq «azad dünya üçün təhlükə təşkil edir».

Nazir, Baltik dənizində Rusiya-Çin birgə hərbi təlimlərini təhlükəli adlandırıb.

«Son bir neçə ildə Rusiya və Çin onları birləşdirən strateji ittifaqı gizlətməyə çalışıblar. Elə təsəvvür yaratmağa çalışıblar ki, guya belə ittifaq yoxdur. Aralarında münaqişə olduğu görüntüsü yaratmağa çalılıblar ki, Qərbin ictimai rəyini və hətta bəzi rəhbərin fikrini yayındırsınlar» - deyə, Matsereviç bəyan edib.

Nazir hesab edir ki, gerçəkdə Rusiya ilə Çin arasında lap çoxdan möhkəm strateji ittifaq qurulub. Onun sözlərinə görə, indi bu ölkələrdə «etiraf edirlər - vəziyyət o qədər gərgindir ki, «kamuflyaj»ı soyunmaq və azad dünyaya hədə-qorxu gəlmək lazımdır».

«Dənizdə qarşılıqlı fəaliyyət-2017» Rusiya-Çin təlimləri iyulun ortalarında, iki mərhələdə keçiriləcək və sentyabrın ortalarına qədər Baltik, Oxot və Yapon dənizləri hövzəsində davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol