Menu

Lənkəranda dəniz sahilində tank əleyhinə mina aşkar edilib

08.07.2017, 20:04
Lənkəranda dəniz sahilində tank əleyhinə mina aşkar edilib

ANAMA iyulun 8-də agentlik tərəfindən Lənkəran şəhərində aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında məlumat yayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, şəhərin 10 saylı yanalma məntəqəsində dəniz sahilinə baxış keçirilib, 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar edilərək götürülüb, nəticə etibarilə 1 800 kv.m ərazi yoxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol