Menu

Türkiyə ABŞ-a görə iqlim üzrə Paris sazişinin ratifikasiyasını dayandırıb

08.07.2017, 22:47
Türkiyə ABŞ-a görə iqlim üzrə Paris sazişinin ratifikasiyasını dayandırıb

Ankara ABŞ-ın mövqeyinə görə iqlim üzrə Paris sazişinin ratifikasiyasını dayandırıb.

"Report" xəbər verir ki, bunu G20 sammiti zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O deyib ki, Türkiyə ABŞ-ın qərarı səbəbindən iqlim üzrə Paris sazişini hələ ki, ratifikasiya etməyəcək.

Bundan əvvəl Vaşinqton sazişdən imtina edib.

ABŞ və G20-nin digər ölkələri arasında iqlim məsələsi üzrə fikir ayrılığı Hamburqda sammitin yekunları üzrə qəbul olunmuş kommünikedə öz əksini tapıb. Sənəddə deyilir ki, iqlim üzrə qərara yenidən baxılmayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol