Menu

Yaponiyada daşqın qurbanlarının sayı 18 nəfərə çatıb

09.07.2017, 09:37
Yaponiyada daşqın qurbanlarının sayı 18 nəfərə çatıb

Yaponiyanın cənub-qərbində yerləşən Küsü regionunda daşqınlar nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə NHK nəşri məlumat yayıb.

Bildirilir ki, 15 nəfərin meyiti Fukuoka prfekturasında, daha 3 nəfərin cəsədi isə Oita prefekturasında aşkar edilib.

Bu iki prfekturada təbii fəlakətdən zərər çəkənlərin sayı 14 nəfər təşkil edir.

Bundan əvvəl 15 nəfərin həlak olduğu bildirilirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol