Menu

ABŞ-da 150 nəfər güclü meşə yanğınının baş verdiyi ərazidə qalıb

09.07.2017, 14:48
ABŞ-da 150 nəfər güclü meşə yanğınının baş verdiyi ərazidə qalıb

ABŞ-da 90 uşaq da daxil olmaqla, təxminən 150 nəfər güclü meşə yanğınının baş verdiyi uşaq düşərgəsinin ərazisində qalıb.

Bu barədə "Associated Press" məlumat yayıb.

Agentliyin məlumatında bildirillir ki, yanğın şənbə günü, günün ikinci yarısında Kaliforniya ştatında, Santa Barbara dairəsində baş verib. Təxminən 90 uşaq və 50 başçı düşərgədə qalaraq təxliyə edilmələrini gözləyirlər. Yerli yanğınsöndürmə xidmətinin rəisi Deyva Zanibaninin sözlərinə görə, yanğn tamamilə nəzarətdən çıxıb.

Qeyd olunur ki, Kaliforniyada daha iki yanğın başlayıb. Santa-Barbara rəhbərliyi Kaçuma gölü ətrafındakı istirahət zonasının sakinlərinə köçürülmə barədə xəbərdarlıq göndərib.

Yanğınsöndürmə xidmətinin nümayəndəsi Kirk Sterm bildirib ki, Santa Barbaradakı ərazlilərdən birində baş vermiş daha bir yanğn 200 evin sakininin köçürülməsinə səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol