Menu

Polşada 10 min insan bomba təhlükəsi ilə əlaqədar təxliyə edilib

09.07.2017, 15:29
Polşada 10 min insan bomba təhlükəsi ilə əlaqədar təxliyə edilib

Polşanın şərqindəki Belostok və Suprasl şəhərlərində 10 min insan yol işləri zamanı aşkarlanmış və İkinci Dünya Müharibəsindən qalmış bomba ilə əlaqədar təxliyə edilib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" polşa məmuruna istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, sakinlər avtobuslarla məktəbi binasına köçürülüblər. Onlar bomba zərərsizləşdirilənə qədər orada qalacaqlar.

Belostok meriyasının mətbuat katibi Anna Kovalska bildirib ki, həmin ərazidə 10 minə yaxıın insan yaşayır.

500 kiloqramlıq ST-500 alman bombası iyulun 6-da aşkarlanıb. Mütəxəssislər onu xüsusi avtomobilə yükləyərək atış mərkəzində zərərsizləşdirəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol