Menu

Bakıda qızlara hücum edib döydülər

10.07.2017, 00:24
Bakıda qızlara hücum edib döydülər

Paytaxtda küçədə gənc qızları döyüblər.Lent.az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinə müraciət edən 29 yaşlı Günel, 25 yaşlı Ayşən və 29 yaşlı Vüsalə adlı 3 qız Qayıbov küçəsi 2090-cı məhəllədə tanımadıqları şəxslərin hücumuna məruz qaldıqlarını bildiriblər.

Onlar qeyd ediblər ki, gecə saatlarında 2 oğlan onlara yaxınlaşıb və daha sonra tərəflər arasında mübahisə yaranıb. Bu zaman həmin şəxslər qadınlara zərbələr endirərək onlara qarşı xuliqanlıq ediblər.

Müraciət əsasında araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol