Menu

Rusiyalı hüquqşünas Trampın oğluna kompromat ötürməli imiş!

10.07.2017, 14:31
Rusiyalı hüquqşünas Trampın oğluna kompromat ötürməli imiş!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın oğlu Rusiyadan olan hüquqşünasdan Hillari Klintonun əleyhinə kompromat almaq istəyirmiş.

«Nyu-York Tayms» qəzetinin yazdığına görə, məhz bu məqsədlə oğul Tramp ötən ilin iyun ayında Rusiyalı vəkil Natalya Veselnitskaya ilə görüşüb.

Elə həmin qəzetdə material dərc olunduqdan sonra ABŞ Prezidentinin oğlu görüşün keçirildiyini təsdiqləyib və bəyan edib ki, onlar Rusiyalı uşaqların övladlığa götürülməsi üzrə proqramı müzakirə ediblər.

ABŞ-da ötən prezident seçkilərində Hillari Klinton Donald Trampın rəqibi olub. Hazında ABŞ Federal Təhqiqat Bürosu (FTB) Rusiyanın bu seçkilərə mümkün müdaxiləsini araşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol