Menu

Rusiya və Ermənistan sərhədçiləri Qarabağda təlim keçirdi

10.07.2017, 16:08
Rusiya və Ermənistan sərhədçiləri Qarabağda təlim keçirdi

Rusiya və Ermənistan İranla sərhəddə təlimlər keçirilib.

Modern.az Ermənistan KİV-nə isitnadən xəbər verir ki, təlimlərdə İran-Ermənistan sərhəddini keçən şərti sərhəd pozucularının Rusiyanın Mehridəki sərhəd dəstəsinin köməyi ilə yaxalanma ssenariləri işlənib.

Təlimlərin bir hissəsinin Dağlıq Qarabağ ərazisində keçirildiyi açıqlanıb.

“İran-Ermənistan sərhəddini keçən 2 şərqi sərhəd pozucusu Ermənistanla “Dağlıq Qarabağ Respublikası”nın inzibati sərhəddini aşaraq dağlıq ərazidə gizlənməyə cəhd edib. Pozuculardan biri dağlıq ərazidə, digəri isə dron vasitəsilə yaxalanıb" – deyə rəsmi açıqlamada deyilir.

Xatırladaq ki, Rusiya 1992-ci il 30 sentyabr razılaşmasına uyğun olaraq Ermənistan-İran və Ermənistan –Türkiyə sərhədlərini qoruyur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol