Menu

Moskvada ticarət mərkəzində yanğın – 14 nəfər xəsarət alıb

11.07.2017, 00:14
Moskvada ticarət mərkəzində yanğın – 14 nəfər xəsarət alıb

Moskvada “RİO” ticarət mərkəzində baş verən yanğın söndürülüb.

APA-nın məlumatına görə, bu barədə Moskva merinin müavini Pyotr Biryukov bildirib.

“Hazırda yanğın yanğınsöndürənlər tərəfindən tam söndürülüb”, – deyə P.Biryukov qeyd edib.

Onun sözlərinə görə, hadisə nəticəsində 14 nəfər xəsarət alıb, onlardan 4-ün vəziyyəti ağır kimi qiymətləndirilir. Yaralılar helikopterlərlə xəstəxanalara çatdırılıb.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol