Menu

İŞİD-lə əlaqədə şübhəli bilinən ABŞ hərbçisi saxlanıldı

11.07.2017, 09:16
İŞİD-lə əlaqədə şübhəli bilinən ABŞ hərbçisi saxlanıldı

Havay adalarında İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən ABŞ hərbçisi saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə “Associated Press” agentliyi məlumat verib.

Məlumata görə, adı çəkilməyən hərbçi Honoluluda yerləşdirilən piyada diviziyasında xidmət edib. Onun Federal Təhqiqatlar Bürosunun əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol