Menu

Aİ Şurası Ukrayna ilə assosiasiya sazişini təsdiqlədi

11.07.2017, 15:16

avropa parlamenti eu aspaAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Avropa İttifaqının (Aİ) 28 üzv-ölkəsinin hamısı Aİ-Ukrayna assosiasiyası barədə sazişi təsdiqləyib. Bu barədə, Aİ Şurasının çərşənbə axşamı Brüsseldə yayılmış bəyanatında söhbət açılır.

«İyulun 11-də Şura Avropa İttifaqı adından qərar qəbul etdi ki, Ukrayna ilə assosiasiya üzrə sazişi başa çatdırsın» - deyə, sənəddə xəbər verilir.

Qərarda qeyd olunur ki, «bu, prosesin ratifikasiyası üzrə final addımdır. O, 1 sentyabr 2017-ci ildən sazişə tam qüvvəyə minmək imkanı verir».

Bundan əvvəl - iyunun 14-də sözügedən sazişi Niderland ratifikasiya edib. İyunun 15-də Niderland kralı Villem Aleksandr, xarici işlər naziri Bert Kunders, xarici ticarət və əməkdaşlıq naziri Liliann Plumen və Ədliyyə və təhlükəsizlik naziri Stefan Blok tərəfindən imzalanmış sənəd qüvvəyə minib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol