AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Avropa İttifaqı (Aİ) İordaniyaya 100 milyon avro makromaliyyə yardımı göstərmək məsələsini təsdiqləyib.
Bu barədə Avropa İttifaqı ilə İordaniyanın assosasiyası üzrə daimi Şuranın iclasında qəbul olunmuş və çərşənbə günü yayılmış birgə bəyanatda xəbər verilir.
«Avropa İttifaqı və İordaniya, Aİ-nın makromaliyyə yardımı üzrə ikinci proqramı barədə qarşılıqlı anlaşma memorandumu əldə ediblər. Bu memorandumun qüvvəyə minməsi 100 milyon avro həcmində birinci tranşın ayrılmasını təmin edəcək» - deyə, bəyanatda qeyd olunur.
Görüşün gedişində dayanıqlı inkişaf, iqtisadi artımın və İordaniyada məşğulluğun stimullaşdırılması, Suriya tənzimləməsinin aspektləri, qaçqınların qəbulu və mirqasiya problemləri müzakirə olunub.
Avropa İttifaqı qeyd edir ki, Suriya münaqişəsi başlanandan bəri qaçqınlara kömək proqramına dəstək olaraq, artıq İordaniyaya 1,63 milyard avro vəsait təqdim edib.
Əcəba, özü dərin böhran içində «boğulan» Avropa İttifaqının bu «səxavət»i nələrdən qaynaqlanır?
Cavab çox sadədir - bunun qarşılığında Türkiyənin İncirlik bazasından çıxarılan Almaniya aviaqrupu İordaniyada «lövbər salacaq» və buradan havaya qalxan alman təyyarələri digər ərəb ölkələrinin «başına od yağdıracaq».
Buradan aydın olur ki, ərəb dünyasında artıq «qardaş düşmən çəpəri deyil», əksinə, «qonaqötürən» kor köpəyə çevrilib…


Şərhlər