22 il əvvəl bu gün general Ratko Mladiçin tabeçiliyində olan serb dəstələri Bosniyanın Srebrenitsa şəhərinə daxil olaraq müsəlmanları vəhşicəsinə qətlə yetirməyə başlayıblar.
Srebrenitsa qətliamı və ya Srebrenitsa soyqırımı — 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktıdır.
Qətllər general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz edilmiş serb ordusu tərəfindən törədilmişdir. Soyqırım zamanı qadın və uşaqların da qətlə yetirildiyi sənədlərlə sübuta yetirilmişdir. Serb ordusuyla yanaşı "Əqrəblər" adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də qətliamın törədilməsində iştirak etmişlər. Qətliam BMT-nin Srebrenitsaya yerləşdirdiyi 400 silahlı Hollandiya sülhməramlısının gözü qarşısında baş verirdi.
Srebrenitsa soyqırımı II dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qətliamdır. Bu soyqırım həm də II dünya müharibəsindən sonra Avropada hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş soyqırım aktıdır.
Yuqoslaviya dağıldıqdan sonra 1992-ci ildə serblərin Bosniyada hərbi əməliyyatlara başlaması BMT-ni 6 bölgəni müdafiə altına almağa məcbur etdi. Srebrenitsa da bu bölgələrdən biri idi.
Soyqırımdan əvvəl əhalisi 24 min olan şəhərə digər bölgələrdən qaçqınlar axın etdikdən sonra şəhər əhalisinin sayı 60 minə çatmışdır. Artıq Srebrenitsa aclıq və xəstəliklərlə mübarizə aparan bir qaçqın düşərgəsinə çevrilmişdi. Müsəlmanların əlindəki silahlar BMT sülhməramlıları tərəfindən yığılmışdı.
Ratko Mladiçin tabeçiliyində olan serb dəstələri Srebrenitsaya hücumlarını intensivləşdirdikdən sonra müsəlmanlar onlardan alınan silahların geri qaytarılması üçün BMT sülhməramlılarına müraciətlər etdilər. Amma bu müraciətlər hollandiyalı sülhməramlılar tərəfindən rədd edildi. BMT sülhməramlıları yalnız iki F 16 təyyarəsi ilə şəhər üzərində uçuşlar keçirməklə kifayətlənirdi.
Hollandiyalı sülhməramlılar bir gecənin içində BMT sülhməramlılarının Bosniyadakı rəhbəri olan fransız generalın əmri ilə şəhərdən çıxdılar. 1995-ci il iyulun 11-də Ratko Mladiç silahlıları müdafiəsiz qalmış şəhərə daxil olmaqda heç bir maneə ilə üzləşmədilər. Onlar bosniyalı müsəlmanları yollarda, dağlarda vəhşicəsinə qətlə yetirməyə başladılar. Vəhşiləşmiş serb əsgərləri gələcəkdə şəxsiyyətlərini tanımaq mümkün olmasın deyə cəsədləri parçalayaraq hər birində 64 cəsəd olmaqla kütləvi məzarlıqlarda basdırırdılar.
Sonralar yayımlanan video görüntülərin birində serb generalının Serebrenitsanı tərk edən hollandiyalı sülhməramlılarının komandirinə hədiyyə verməsi öz əksini tapıb.
Bir həftə ərzində davam edən soyqırım II dünya müharibəsindən sonra bəşəriyyətə qarşı törədilən ən böyük cinayət sayılır.
2015-ci ildə Rusiya BMT-nin Britaniya tərəfindən tərtib edilmiş qətnaməsinə veto qoyub.
Qətnamədə Srebrenitsa qətliamı soyqırım adlandırılırdı.
Sebiya prezidenti Tomislav Nikolic Moskvanın bu addımını Serbiya üçün “böyük gün” adlandırıb.
Bosniya serblərinin lideri Milorad Dodik də bu vetoya görə Moskvaya təşəkkürünü bildirib.
O deyib ki, Rusiya vəziyyəti daha da gərginləşdirəcək və Bosniyada təfriqəni daha da dərinləşdirəcək sənədin qəbul olunmasının qarşısını alıb.
Dodik Srebrenitsada öldürülənlərin sayını “beynəlxalq yalan” adlandırıb.
Müharibədədən sonra Bosniya-Herseqovinada iki federal ştat yaradılıb: Müsəlman-Xorvat \Federasiyası və əhsalisi əsasən seblər olan Serb Respublikası yaradılıb.
Srebrenitsa Serb Respublikasının ərazisində yerləşir.
Ötən ay Hollandiya məhkəməsi qətliamla bağlı qərar qəbul edib. Qərarda Srebrenitsadakı soyqırımda Hollandiya hərbçilərinin qanunsuz olaraq, fəaliyyət göstərdiyi vurğulanıb.Məhkəmənin qərarına əsasən, Hollaniya hərbçiləri Srebrenitsadakı qətllərin 30 faizinə görə məsuliyyət daşıyırlar.
[gallery columns="5" size="full" ids="337868,337869,337870,337871,337872,337873,337874,337875,337876,337877,337878,337879,337880,337881,337884"]


Şərhlər