«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya ilə aradakı münaqişə səbəbilə, Xarkov zavodu Rusiyalı gəmiqayıranlara turbin verməyib. Bu səbəbdən, gəmiqayıranlar «Arktika» buzqıran gəmisinin təhvil verilmə tarixini 2017-ci ildə 2019-cu ilə keçirməyi xahiş ediblər.
«Kommersant» qəzetinin yazdığına görə, «Atomflot» bunun əleyhinə olub və gəmiqayıranların xahişini «Rosatom»a göndərib. Kağız oradan hökumətə ötürülüb, ardınca isə Təhlükəsizlik Şurasına adlayaraq, Prezidentin masasına qoyulub.
Putin gəminin təhvil venilmə tarixini 2019-cu ilə köçürüb və dövlət kontraktının pozulmasına görə, kadr dəyişikliyi aparılması üçün sərəncam verib.
Yoxlamalarla Hesablama palatası, Baş prokurorluq və Federal Təhlükəsizlik Xidməti (FTX) məşğul olacaq.


Şərhlər